ƏNƏNƏVİ BAKI ŞƏHƏR KOMANDA BİRİNCİLİYİNƏ START VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 20-də Qaradağ Olimpiya Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən təşkil edilmiş futbol üzrə ənənəvi komanda birinciliyinə start verilmişdir.
BŞGİBİ-nin rəisi Məmmədhüseyn Dadaşov bildirmişdir ki, yarışın keçirilməsindən məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş futbolun inkişafı ilə bağlı müvafiq Dövlət proqramının icrasını təmin etmək və gənc idmançıların ustalıq səviyyəsini artırmaqdır. M.Dadaşovun sözlərinə görə, iki dəstədə keçiriləcək yarışlara 10 klubun 80 komandası qatılacaqdır. O, diqqətə çatdırmışdır ki, dörd yaş qrupu üzrə nəzərdə tutulmuş turnirdə 2 minə yaxın yeniyetmə futbolçu iştirak edəcəkdir.
Tədbirdə çıxış edən digər natiqlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışmış və bu yarışın əhəmiyyətindən söz açmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]