REGİONLAR
Energetika naziri: Naxçıvan yaşıl enerjinin istehsalı ilə yanaşı, ixrac mənbəyinə də çevriləcək

Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi, həm də “Cəbrayıl” enerji qovşağı sayəsində elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi ölkələrimizin enerji təchizatında strateji əhəmiyyətini artıran perspektivlərdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında çıxışında bildirib.
Nazir əlavə edib ki, Naxçıvan yaşıl enerjinin istehsalı ilə yanaşı, ixracının da mənbəyinə çevriləcək: “Proseslərə yalnız Azərbaycan və Türkiyə deyil, bütün maraqlı tərəflərin cəlbi bu imkanları reallığa çevirmək üçün fürsətlər yaradır”.
Onun sözlərinə görə, bu fürsətlər dəyərləndirilərsə, 2027-ci ilədək Naxçıvanda birgə nailiyyətlərə imza atılacaq.