Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edəcək
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 15-16-da Qazaxıstanın Almatı şəhərində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” adlı ilk Regional Sammit keçiriləcək. Sammitdə Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edəcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirin sammitin açılışında çıxışı, eləcə də “Strateji siyasətə dair dialoq: DİM-lərə çatmaq üçün düzgün yol seçmişikmi?” adlanan sessiyada panel müzakirələrdə iştirakı nəzərdə tutulub.
Asiya İnkişaf Bankı (AİB) və BMT-nin İnkişaf Proqramının Qazaxıstan nümayəndəliklərinin dəstəyi ilə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan sammitin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün resursların səfərbər edilməsi prosesində bütün maraqlı tərəflər arasında dialoqun yaradılmasıdır.
Tədbirdə hökumət, donor təşkilatları, biznes dairələri və vətəndaş cəmiyyətinin təmsilçilərindən ibarət 300 nümayəndənin iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]