Energetika naziri vətəndaşları qəbul edib
Bakı, 8 may, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib. Qəbulda Bakı və Gəncə şəhərləri, eləcə də Şəmkir, Astara, Biləsuvar, Xaçmaz rayonlarından sakinlər iştirak edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, mənzilə qaz xəttinin çəkilməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.
Nazir vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə və məsul şəxslərinə tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]