Energetika naziri vətəndaşlarla görüşüb


Bakı, 12 may, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşların müraciətlərini dinləyib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş görüşdə Bakı şəhəri, Biləsuvar və Kürdəmir rayonlarından olan vətəndaşların elektrik dirəklərinin istismar vəziyyəti, enerji verilişində fasilələr, enerjidən istifadəyə görə borcun yaranması, tikintiyə icazə rəyi, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.
Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə nazirliyə ünvanlaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2025 [19:47]
AYNA: 46 mindən çox taksi sürücüsü təlimlərə cəlb edilib
- 17.06.2025 [19:41]
Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib
- 17.06.2025 [19:35]
İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak edib
- 17.06.2025 [18:54]
İqtisadi fəal əhalinin sayı açıqlanıb
- 17.06.2025 [18:35]
Binəqədidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
- 17.06.2025 [16:39]
Bu il sənaye məhsulu istehsalının həcmi açıqlanıb
Müstəqil siyasətin təzahürü
- [17:32]
Komitə: Əhalinin gəlirləri artıb
- [16:08]
İctimai iaşə dövriyyəsi artıb
- [15:39]