ENERGETİKANIN FİZİKİ-TEXNİKİ VƏ TEXNOLOJİ ƏSASLARI ÖYRƏNİLİR
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, ölkə energetikasının texnoloji proseslərinin təkmilləşdirilməsi sahəsində mühüm elmi nəticələr əldə olunmuşdur.
Elektron çeviriciləri, spektroskopiyanın fiziki əsasları və texnikası, kvant strukturlarının hazırlanması, bərk cisimlərdə kinetik hadisələr və digər sahələrdə uğurlu tədqiqatlar aparılmışdır.