ENERJİ DAŞIYICILARI ETİBARLI QORUNUR
Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2003-cü il mayın 31-də imzaladığı Fərmana əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) tərkibində neft və qaz kəmərlərinin təhlükəsizliyi idarəsi yaradılmış, Azərbaycan iqtisadiyyatının ən mühüm sahəsi sayılan enerji daşıyıcıları kəmərlərinin təhlükəsizliyinin təmin olunması kimi çətin və məsuliyyətli iş XDMX-ə həvalə edilmişdir. Fərmanın icrasını təmin etmək məqsədi ilə 2004-cü il aprelin 8-də Səngəçal terminalı, sentyabrın 27-də 457 kilometrlik Bakı-Supsa, 2005-ci il fevralın 21-də 230 kilometrlik Bakı-Novorossiysk və nəhayət, 2005-ci il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin 11 illik yubileyi günündə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan ərazisindən keçən 443 kilometrlik hissəsi və onların infrastruktur obyektləri XDMX-in mühafizəsinə verilmişdir. Bu məqsədlə 18 ay ərzində zəruri şəraiti olan 8 regional şöbə yaradılmış, 800-ə yaxın azərbaycanlı gənc xüsusi hazırlıq keçərək, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmişdir.
Xidmətin şəxsi heyəti xarici şirkətlərin köməyi olmadan bu məsul vəzifəni uğurla yerinə yetirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]