ERMƏNİ APARICININ SƏYLƏRİNƏ BAXMAYARAQ SOYDAŞIMIZ RUSİYANIN “ORT” TELEKANALINDAKI MÜSABİQƏDƏ NÖVBƏTİ MƏRHƏLƏYƏ KEÇMİŞDİR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Saratov şəhərində yaşayan həmyerlimiz Mahir Mustafai və onun oğlu “ORT” kanalında keçirilən “Şöhrət dəqiqəsi” telemüsabiqəsinin milliyyətcə erməni olan aparacısının bütün səylərinə baxmayaraq növbəti mərhələyə keçə bilmişdir.
Həmyerlimizin iştirakçıların öz qeyri-adi istedadlarını, musiqi və rəqs məharətini göstərdikləri yarışın ilk turunda münsiflər heyətinin bütün üzvlərindən müsbət cavab alması aparıcı üçün gözlənilməz olmuşdur. M.Mustafai tələbkar münsiflər heyətinin və “ORT”nin on milyonlarla tamaşaçısı qarşısında nəlbəkilərdə Azərbaycan və rus mahnıları ifa etmişdir.
Münsiflər heyəti üzvlərinin birindən alınan müsbət cavabın müsabiqə iştirakçısının növbəti mərhələyə keçməsinə imkanı verdiyi bu yarışda bütün münsiflər Mahirin çıxışını yüksək qiymətləndirmişlər. Nəlbəkidə musiqi ifa olunduğuna ilk dəfə rast gəldiyini bildirən münsiflər heyətinin rəhbəri, yazıçı Tatyana Tolstoya demişdir: “Mahir, siz məni heyran etdiniz. Çox qeyri-adi və çox gözəl nömrəyə görə mən böyük məmnuniyyətlə sizə müsbət cavab verirəm”.
Beləliklə, Mahir növbəti mərhələdə müsabiqənin yarımfinalına çıxmaq üçün mübarizə aparacaqdır. Bu mərhələdə iştirakçılara tamaşaçıların mobil telefonlar vasitəsi ilə göndərdikləri SMS-lər kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]