Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Erməni mifomaniyası tarixi sübutlar, elmi dəlillər və danılmaz faktlarla ifşa olunmaqdadır VİDEO

Bakı, 21 aprel, Kifayət Əliyeva, AZƏRTAC

Aprelin 21-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan “Müəllif və riyakarlıq, kitab və yalan (erməni tarixi saxtakarlıqları silsiləsindən)” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə iştirakçılar son illər MHA tərəfindən müxtəlif dillərdə nəşr etdirilən çap məhsulları ilə tanış olublar.

MHA-nın sədri Kamran İmanov konfransın əhəmiyyətindən danışaraq bildirib ki, UNESCO tərəfindən təsis edilən 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən qeyd edilir və müxtəlif tədbirlərlə müşayiət olunur. Bunun da səbəbi bəllidir: kitabın və müəllifliyin tarixi özlüyündə bəşəriyyətin tarixidir. Çünki kitab yalnız fiziki obyekt deyil, bəşəriyyətin ən dahi ixtiralarından biridir, zaman və məkan sərhədlərini aşan ideyalar, biliklər mənbəyidir. Azərbaycan xalqının əlifba və yazı, müəllif və əlyazmaları, kitab və adət-ənənəsində əks olunmuş müəlliflik hüququnun zəngin tarixi var. 12 min il tarixi olan Qobustan qayaüstü yazıları və rəsmləri, təxminən 1500 illik tarixi olan “Kitabi-Dədə Qorqud” dastanının əlyazmaları, dahi Nizami və Füzuli yaradıcılığı buna parlaq sübutdur.

K.İmanov vurğulayıb ki, hazırda erməni mifomaniyası tarixi sübutlar, elmi dəlillər və danılmaz faktlarla ifşa olunmaqdadır. Bugünkü konfrans da həmin missiyaya xidmət edən növbəti tədbirdir. Ermənilərin sifarişi ilə yazılan, muzdlu xarici müəlliflər tərəfindən yayılan çoxsaylı “əsərlər” riyakarlığa əsaslanaraq tarixi saxtalaşmaya yol açır, kitab və məqalələrə çevrilərək dünyaya yalan toxumu səpir, beynəlxalq ictimai rəyi çaşdırmaq niyyəti güdür. Tarixin ermənisayağı “yeniləşməsi” çoxlu “erməni yadelli nağıllarına”, maddi və qeyri-maddi irsimizlə bağlı saxtakarlıqlara və uydurmalara, xalqımıza məxsus olan və ermənilər tərəfindən özününküləşdirilən folklorumuza, erməni etnosunun əməyi, intellekti olmayan və mentallığına sığışmayan hər şeyə aiddir.

Azərbaycan xalqının mədəni irsinin yüz illər boyunca ermənilər tərəfindən “gəldim, gördüm,… mənimsədim” prinsipi üzrə oğurlanması onların torpaqlarımıza olan ərazi iddiaları ilə sıx bağlıdır. “Böyük Ermənistan” haqqında mifin reanimatorlarının niyyətləri kifayət qədər aydındır: gəlmə etnos olan ermənilər onlara məxsus olmayan torpaqlara aid ərazi iddialarının “əsaslandırılmasını” həmin torpaqların həqiqi sakinlərinə məxsus maddi və qeyri-maddi irsin mənimsənilməsi və erməniləşdirilməsi ilə əlaqələndirirlər. Ermənilərin əqli və maddi-mədəni oğurluqları tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırmaq cəhdləri ilə və əlbəttə ki, Azərbaycanın və bütövlükdə bölgənin tarixini təhrif etməklə müşayiət olunur.

Prezident İlham Əliyevin aprelin 10-da Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni toponimi tapmaq mümkün deyil. Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq.

MHA-nın sədri qeyd edib ki, müəllifi və yaradıcısı ulu öndər Heydər Əliyev olan müasir milli müəllif-hüquq sistemimiz 1993-cü ildən başlayaraq böyük inkişaf yolu keçib. Müstəqil Azərbaycanın əqli mülkiyyət üzrə 1996-cı ildə qəbul olunmuş ilk “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunu ölkəmizin əqli mülkiyyət sisteminin beynəlxalq sistemə inteqrasiyasına yol açıb.

Eyni zamanda Ulu Öndərin tövsiyələri sayəsində 2003-cü ildə Avropa məkanında ilk dəfə olaraq, MHA tərəfindən hazırlanmış “Azərbaycan folklor nümunələrinin qorunması haqqında” Qanun qəbul edilib. 2002-ci ildə isə “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanun qüvvəyə minib. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu qanunlarda müasir dövrün tələblərindən irəli gələn dəyişikliklər və əlavələr aparılıb. Bununla yanaşı, müəllif-hüquq qanunvericiliyi zənginləşib, 2004-cü ildə “Məlumat toplularının hüquqi qorunması haqqında” Qanun, 2012-ci ildə isə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Azərbaycan Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) rəhbər Koordinasiya Komitəsində təmsil olunur və bizim nümayəndə MDB ölkələri arasında ilk dəfə olaraq DƏMT-nin “Müəlliflik hüququna dair Müqaviləsi”nin Assambleyasının sədri seçilib. Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliklə bağlı müvafiq Hesabatlarında göstərildiyi kimi, əqli mülkiyyətin qorunmasında Azərbaycan institutları MDB məkanında 2013-2014-cü illərin Hesabatına əsasən, şərhsiz lider mövqeyindədir.

Hazırda Müəllif Hüquqları Agentliyi tam kompyuterləşmiş, tərkibində müasir texnologiyaları və avadanlığı, SMART-təlim distant sistemi, müasir Hüquqların Təminatı Mərkəzi və rəqəmli hüquqların idarə olunması Xidməti, yeni tələblərə uyğun olan mətbəə ilə təchiz edilmiş və “Elektron Hökumət” portalına qoşulmuş və beş növ elektron xidmətlər həyata keçirən dövlət orqanıdır.

K.İmanov bildirib ki, işğalçı Ermənistanın Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsi son illər daha həyasızlıqla həyata keçirilir və bu, Azərbaycan torpaqlarını işğal etmiş dövlətin aqressiv mahiyyətinin üstünə pərdə çəkməyə xidmət edir. Elə bu səbəbdən də yalan və saxtakarlıq, ikiüzlülük və riyakarlıq Azərbaycana qarşı başlanmış informasiya müharibəsinin daimi yol yoldaşlarıdır. Prezident İlham Əliyev informasiya və əks-təbliğat işinin qurulmasında bu amilin nəzərə alınmasına, dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini cəlb etmək üçün daha genişmiqyaslı və müntəzəm tədbirlərin həyata keçirilməsinə çağıraraq, bütövlükdə saxta erməni təbliğatını ifşa etmək vəzifəsini qarşıya qoyub. Prezidentin bu tapşırığını yerinə yetirərək və Ulu Öndərin “Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlara biz qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edirik” sözlərini rəhbər tutaraq, erməni yalanlarını ifşa edirik və edəcəyik.

Konfransda çıxış edən UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bildirib ki, təmsil etdiyi qurum artıq bir neçə ildir Müəllif Hüquqları Agentliyi ilə birgə Dünya Kitab və Müəlliflik Hüququ Gününü qeyd edir. UNESCO və Azərbaycan üçün bu günün qeyd olunması böyük əhəmiyyət daşıyır və insanların özlərinə məxsus mənəviyyata, mədəni irsə həqiqi mənada sahib çıxmasına və onların qorunmasına xidmət edir. Əsas məqsəd kitablara, qədim nəşrlərə, əlyazmalara, bu gün bütün dünyanı əhatə edən virtual kitabxanaya marağı artırmaq, eyni zamanda, müəllif hüquqlarına hörməti təşviq etmək, cəmiyyətin davamlı inkişafı üçün maarifçiliyi ön plana çıxarmaqdır. Bu baxımdan bugünkü tədbir ölkəmiz üçün çox aktualdır.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ədəbiyyatımız Azərbaycan dilində nəşr olunur və kitabxanalara paylanılır. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və təşəbbüsü ilə Azərbaycan mədəniyyətini, ədəbiyyatını, Qarabağ həqiqətlərini əks etdirən kitablar müxtəlif xarici dillərə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılır.

G.Əfəndiyeva qeyd edib ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası üçün ən prioritet məsələlərdən biri də Dağlıq Qarabağ məsələsidir. Bu baxımdan müəllif hüquqları deyərkən, ilk növbədə, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız, talan edilən tarixi, mədəni abidələrimiz yada düşür. Milli Komissiya bununla bağlı müxtəlif layihələr həyata keçirir. Onlardan biri Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birgə reallaşdırılan “Işğal altında olan ərazilərdə mədəni irsin qorunması və onlara vurulan ziyanların hesblanması” layihəsidir. Yaxın vaxtlarda bu kitab bir neçə dildə nəşr olunacaq. Təkcə maddi mədəni irsə deyil, qeyri-maddi mədəni irsimizə də ermənilər tərəfindən sahiblənmək cəhdləri göstərilir. Bu mənada Azərbaycanın qədim oyunu - çövkənin UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması bizim böyük nailiyyətimizdir.

Daha sonra G.Əfəndiyeva UNESCO-nun baş direktoru İrina Bokovanın Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müraciətini oxuyub.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, hazırda respublikada 12 mindən çox kitabxana fəaliyyət göstərir. Bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında kitabların böyük rolu var. Odur ki, ölkəmiz beynəlxalq kitab yarmarkalarında fəal təmsil olunur, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi barədə məlumatlar xarici dillərdə yayılan kitablar, müxtəlif konfranslar vasitəsilə dünyaya çatdırılır. Tarixçi alimlərimiz, mədəniyyət və incəsənət nümayəndələrimiz erməni yalanlarının qarşısını almaq üçün bütün səylərini birləşdirməlidirlər.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov konfransın aktuallığına görə böyük əhəmiyyət daşıdığını qeyd edərək deyib: Biz hamımız bütün dövlət qurumları və elm ocaqları ilə birgə informasiya müharibəsində birgə iştirak etməli və erməni tarixçilərinə tutarlı cavab verməliyik. Prezident İlham Əliyev bu məsələyə çox böyük önəm verir. Bu sahədə bir sıra nailiyyətlərimiz var. Keçmiş Sovet hakimiyyəti dövründə tariximiz saxtalaşdırılırdı və bu işdə bədnam qonşularımız - ermənilər xüsusi canfəşanlıq göstərərək onu istədikləri istiqamətə yönəldirdilər. İndi Azərbaycan müstəqil dövlətdir və artıq öz tarixşünaslığımızdan danışa bilərik. Hazırda biz tarixşünaslığımızı elmi əsaslarla inkişaf etdiririk. Ümid edirəm ki, müasir informasiya texnologiyaları əsrində, ümumiyyətlə virtual məkanda istədiyimiz nəticələrə daha tez nail olacağıq.

Təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, kitab zamanın bütün dövrlərində təkcə bilik mənbəyi deyil, həm də əvəzsiz sərvət hesab olunub. Bu baxımdan, ölkənin kitabxanalarında qorunan minlərlə kitab xalqımızın milli sərvətidir. Kitablar xalqa məxsus olan ən yüksək dəyərləri özündə əks etdirir və bu dəyərlərin dünyaya çatdırılmasında böyük rol oynayır. Təhsil Nazirliyi məktəblilər və tələbələr arasında kitabın, mütaliənin təbliği məqsədilə bir sıra layihələr həyata keçirir. Hazırda elektron kitabxanaların yaradılması istiqamətində nazirlik tərəfindən ciddi işlər görülür.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycandakı tərəfdaşları ilə birlikdə türk mədəniyyətini, tarixini dünyaya tanıtmaq üçün göstərdikləri səylərdən danışıb. Təşkilatın 1993-cü ildə yaradıldığını bildirən baş katib vurğulayıb ki, o zamanlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, sonralar isə Prezident İlham Əliyevin dəstəyi olmasaydı, TÜRKSOY böyük uğurlar qazana bilməzdi. D.Kaseinov MHA-nın təşkil etdiyi konfransın müəllif hüquqlarının tanınması istiqamətində yeni bir addım olacağına əminliyini bildirib.

Tədbirdə K.İmanovun “Özü-özünü təkzib edən erməniçilik müəllif hüququ”, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun elmi işçisi Elşad Əlilinin “Saxtakar tarixçi Xorenatsi müasir erməni saxtakarlarının təqdimatında” mövzusunda məruzələri dinlənilib.

Mövzularla bağlı müzakirələrdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı və başqaları çıxış edərək fikir və mülahizələrini bildiriblər. Konfransın əhəmiyyətindən danışan natiqlər qeyd ediblər ki, Azərbaycan elminin, kitabının təbliği ilə Azərbaycan özü təbliğ olunur. Ermənilər türklərin tarixini, mədəniyyətini öz adlarına çıxmaqla saxta tarixlərini yaratmağa çalışırlar. Nankor qonşularımızın belə bədnam əməllərinin, saxtakarlıqlarının ifşasında bu cür tədbirlərin böyük əhəmiyyəti var. Ona görə də bu mövzuda konfransların tez-tez keçirilməsi, buraya beynəlxalq ekspertlərin də dəvət edilməsi məqsədəuyğun olardı.

Erməni mifomaniyası tarixi sübutlar, elmi dəlillər və danılmaz faktlarla ifşa olunmaqdadır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib