Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni terrorunun qurbanı olmuş cümhuriyyət naziri - Behbud ağa Cavanşir

Tərtər, 28 may, AZƏRTAC

Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub. Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu siyasəti daim dərin araşdırma mövzularından biri kimi diqqəti cəlb edib.

AZƏRTAC Bakı Dövlət Universitetinin dissertantı Türkan Qasımovanın Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri, həmçinin ticarət və sənaye naziri vəzifələrini icra etmiş, Azərbaycan parlamentinin üzvü olmuş Behbud ağa Cavanşir ilə bağlı araşdırma-məqaləsini təqdim edir.

"Difai"nin rəhbərləri Behbud ağanın Tərtər rayonunun Azad Qaraqoyunlu kəndindəki evində görüşürdülər

Behbud ağa Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad ağa Cavanşirin oğludur. Qarabağ camaatı Azad xana Azad ağa, Behbud xana isə Behbud ağa deyə müraciət edərdi. Behbud ağa 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində anadan olub. (Azad Qaraqoyunlu kəndi Azad ağanın şərəfinə adlandırılıb. Hazırda Azad Qaraqoyunlu kəndində Azad ağanın mülkü uşaq bağçası və kənd tibb ambulatoriyası kimi istifadə olunur. Kəndin mərkəzində Azad ağanın tikdirdiyi məscid bu gün də möhtəşəmliyi ilə diqqəti çəkir). 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. 1902-ci ildə isə Almaniyada Frayberq Dağ-Mədən Akademiyasına qəbul olan Behbud ağa burada neft sahəsi üzrə mükəmməl təhsil alıb və mühəndis ixtisasına yiyələnib.

1906-cı ildə erməni daşnakları Qarabağ, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Avqustun ilk günlərində Şuşaya gələn Behbud ağa Cavanşir Əhməd bəy Ağayevlə birgə Qafqaz ümummüsəlman müdafiə komitəsini -“Difai” partiyasını yaradıb. 1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsabəy Aşurbəyov, Behbud ağa Cavanşirski və Niftalı bəy Behbudovdur". Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud ağanın Tərtər rayonunun Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir.

Alman dilini mükəmməl bilən, fransız, rus, gürcü dillərində sərbəst danışan Behbud ağa ingilis dilini də öyrənmək üçün İngiltərəyə gedir. Londonda 1 illik təkmilləşdirmə kursunda oxuyur. Qərbi Avropadakı həyatı və təhsili onun siyasi-ictimai xadim kimi formalaşmasına böyük təsir göstərir. 1907-ci ildə Vətənə qayıdan Behbud ağa Cavanşir Şibayevin neft mədənində baş mühəndis vəzifəsində çalışır.

Behbud ağa Cavanşir Fətəli xan Xoyskinin qurduğu ikinci hökumət kabinetində daxili işlər naziri təyin olunur

XX əsrin əvvəllərində Bakıda ziyalılar və zəngin iş adamlarının təşəbbüsü ilə maarifpərvər xeyriyyə cəmiyyətləri yaradılır. İstedadlı, maddi cəhətdən imkansız tələbələrin ali təhsil almalarına yardım məqsədilə yaradılan xeyriyyə təşkilatlarından biri də “Nicat” cəmiyyəti idi (9 mart 1906-cı il). 1916-cı il martın 20-də Behbud ağa Cavanşir cəmiyyətə sədr, İsa bəy Aşurbəyov sədrin köməkçisi seçilir. “Nicat” cəmiyyəti 10 il ərzində ölkəmizdə təhsil və mədəniyyətin inkişafına mühüm töhfələr verib. 1916-cı ildə yerlərdə açılan bir və ikisinifli məktəblərin sayı 30-a çatıb. “Nicat” cəmiyyəti 1917-ci ilin Oktyabr inqilabı ərəfəsində fəaliyyətini dayandırıb.

1918-ci il mayın 28-də Xalq Cümhuriyyətinin qurulduğu elan olunduqdan sonra Behbud ağa Cavanşir Fətəli xan Xoyskinin 1918-ci il iyun ayının 17-də Gəncədə qurduğu ikinci hökumət kabinetində cümhuriyyətin daxili işlər naziri vəzifəsini tuturdu. O, nazir işlədiyi dövrdə Gəncə quberniyasının 9 qəzasında polis orqanları təsis edilib, Bakı erməni-daşnak və bolşevik qüvvələrindən təmizlənib və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçüb. Daxili İşlər Nazirliyi “Metropol” mehmanxanasının binasında fəaliyyətə başlayıb və ölkənin asayişi buradan idarə olunub. Behbud ağa daxili işlər naziri işləyərkən Bakıda İçərişəhərdə polis müdavimləri hazırlayan məktəb açılıb. Məktəbdə 1200 müdavimin təhsil alması nəzərdə tutulurdu. Behbud ağa Cavanşirin nazirliyə rəhbərlik etdiyi dövrdə ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra mühüm işlər görülüb.

1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində kabinetdaxili dəyişikliklərdən sonra Behbud ağa Cavanşir daxili işlər naziri olmaqla bərabər, həm də ticarət və sənaye naziri vəzifəsini yerinə yetirib. O, bu vəzifədə yerli sənayenin inkişaf etdirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrlə əlaqələrinin yaradılmasına təşəbbüs göstərib.

Ermənilərin “qara siyahı”sında Behbud ağa Cavanşirin də adı var idi

Partiya mənsubiyyəti sarıdan bitərəf olan Behbud ağa Cavanşir 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinə üzv seçilir. Parlamentdə fəaliyyət göstərən fraksiyalardan biri Behbud ağa Cavanşirin də daxil olduğu bitərəflər fraksiyası idi. 1919-cu ilin oktyabrında fraksiyada parçalanma baş verir. Bəhram bəy Axundov, Behbud ağa Cavanşir və Əbdüləli bəy Əmircanov müstəqil olaraq bitərəflər qrupu yaradırlar. Həmin vaxt Fətəli xan Xoyski hökuməti ilə birgə Behbud ağa da tutduğu vəzifədən istefa verir. Ancaq o, parlamentdəki fəaliyyətini davam etdirir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər peşəkar mühəndis kimi tanınan və xariclə əlaqələri olan Behbud ağaya toxunmurlar. Sonradan vəzifədən uzaqlaşdırılsa da, parlamentdə iştirak etməklə yanaşı, 1919-cu il iyulun 18-dən açdığı "Dəyanət" kommersiya şirkətini idarə edərək, xarici ticarətlə məşğul olub və bu sahədə müvəffəqiyyət qazanıb.

Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Behbud ağanı 1920-ci ilin sonlarında neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərib.

1921-ci ilin iyulunda Behbud ağa Cavanşir həyat yoldaşı Tamara xanım, eləcə də qardaşları Surxay və Cümşüdlə birlikdə İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım sonralar öz xatirələrində yazır: “Atam Maltadan qayıtdıqdan sonra erməni tanışlarından bir professor bizə gələrək, atamın adının ermənilərin qara siyahısında olduğunu və onu xəbərdar etməyi özünə borc bildiyini, buna görə hərəkət etmək lazım gəldiyini söylədi. Azərbaycanın daxili işlər naziri Behbud ağa Cavanşirin də “qara siyahı”da olması xəbərini almışdıq”.

Erməni terrorunun qurbanı olan Behbud ağanın son sözləri: “Məni ancaq ermənilər vura bilər”

1921-ci il iyulun 17-də Behbud ağa həyat yoldaşı Tamara xanım, qardaşları Cümşüd və Surxayla birgə axşam saatlarında “Təpəbaşı” ailə restoranından çıxıb “Pere Palas” otelinə yönəldikləri zaman arxadan qaçaraq gələn, şapkasını gözünün üstünə basmış cılız, kəsik bığlı, əyri burunlu erməninin “Mauzer” markalı tapançadan açdığı atəş nəticəsində ağır yaralanır.

Qalatasaray mərkəzi polis idarəsinin əməkdaşları hadisə yerinə gəlir və Mişak Torlakyanı həbs edirlər. Lakin xəstəxanaya çatdırılan Behbud ağa dünyasını dəyişir. Rus inqilabı və hərc-mərclik illərində dəfələrlə sui-qəsdlərə məruz qalsa da, öz həyatını soyuqqanlıqla qorumağı bacaran Behbud ağanın ölüm ayağında son sözləri belə olur: “Mənim şəxsi düşmənim yoxdur, məni ancaq ermənilər vura bilər. Cənablar, pəncərəni açın, hava çatışmır, mən ağırlaşıram”.

Beləcə, Behbud ağa Cavanşir də Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanı olur. O, Beşiktaşda “Yəhya Əfəndi Dərgahı” məzarlığında dəfn olunur. 1921-ci il iyulun 18-də Behbud ağanın dəfn mərasimi kütləvi nümayişə çevrilir.

Mişaq Torlakyan “Daşnaksütyun” partiyasının üzvü idi və Azərbaycanda 1918-ci ilin mart soyqırımında xüsusi fəallıq göstərmişdi. İstanbul ingilis işğalı altında olduğundan Torlakyan cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər qatilin müdafiəsinə səfərbər olunurlar. Behbud ağa Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüf doğuracaq qədər az idi - cəmi 6 nəfər. Lakin şahidlərin sayı arasındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail olurlar. Behbud ağa Cavanşirin qatili Mişaq Torlakyanın məhkəməsi, təəssüf ki, erməni terrorçunun bəraət alması ilə nəticələnir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək