ERMƏNİLƏRİN NÖVBƏTİ TƏXRİBATI
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindəki Orta Şərq ermənilərinin “Azad Hye” adlı internet portalında http://www.azad-hye.net qədim Azərbaycan torpağı olan Naxçıvan ərazisinin ermənilərə məxsus olması barədə məlumat yerləşdirilmişdir.
Suriya ermənilərindən olan Avo Katercianın “Ermənistan Naxçıvanı və ya təhrif olunmuş Naxçıvan” kitabının portalda yerləşdirilmiş elektron variantında Naxçıvanın tarixinə aid faktlar saxtalaşdırılmışdır. Qədim yaşayış məskənlərimizin adları erməniləşdirilmiş, toponimlər təhrif olunmuş formada təqdim edilmişdir.
Ermənistan mətbuatında mütəmadi olaraq antiazərbaycan yazıları ilə çıxış edən A.Katerician, məqalələrində erməni gənclərinin Azərbaycana nifrət ruhunda tərbiyə olunmasına çalışır.