Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan-Azərbaycan müharibəsi: həqiqət anı

Ermənistan-Azərbaycan müharibəsi: həqiqət anı

Bakı, 3 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin 27 sentyabr hərbi təxribatına qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, əsasən, “nə müharibə, nə də sülh” qeyri-müəyyənliyi ilə xarakterizə olunurdu. Lakin həmin gün həqiqət anı yetişdi. Nəticədə münaqişə ilə bağlı formalaşmış bir sıra illüziya və stereotiplərə son qoyuldu. Eyni zamanda, bir sıra həqiqətlər praktiki baxımdan da təsdiqini tapdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib.

Elman Nəsirov deyib: Birincisi, bu münaqişənin “dondurulmuş” halda olması ilə bağlı iddiaların nə qədər əsassız olduğu, eyni zamanda, təhlükəli mahiyyəti üzə çıxdı. İkincisi, “münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” kimi “hökm”lərin universal xarakter daşımadığı, əksər hallarda isə beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil etməsi faktı təsdiqini tapmış oldu. Eyni zamanda, bütün dünya bir daha şahidlik etdi ki, müasir dünyada güc amili həlledici rola və statusa malikdir. Otuz il ərzində ərazisi təcavüzə məruz qalan Azərbaycanın haqq səsini qulaqardına vuran, özünü kor, kar və lal kimi aparan dünyanın böyük dövlətləri və beynəlxalq təşkilatları bütün problemlərini kənara qoyub, Qarabağ münaqişəsi ətrafında intensiv hərəkətlilik nümayiş etdirməyə başlayıblar. ABŞ Prezidenti Donald Tramp münaqişədən ciddi narahatlığını dilə gətirir, BMT-nin Baş katibi Quterreş, Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, Ermənistan və Azərbaycan arasında yaranmış hərbi qarşıdurmanın tezliklə dayandırılmasına, sülh danışıqlarının bərpasına dair reallıqları nəzərə almayan mövqelər ortaya qoyurlar. Tələm-tələsik analoji davranışla NATO, Avropa Şurası, Avropa İttifaqı çıxış edir. Bu davranışı şərtləndirən həlledici amil Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin təcavüzkara qarşı bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatı həyata keçirməsi ilə bağlıdır. Hərbi əməliyyatların ilk saatlarında Prezident İlham Əliyev xalqa müraciətində bildirdi : “Biz öz torpağımızda döyüşürük, bu gün Azərbaycan ordusu öz torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir Erməni əsgərinin Azərbaycan torpağında nə işi var? Bizim işimiz haqq işidir və biz qalib gələcəyik”.

Elman Nəsirov bildirib ki, Ermənistan siyasi-hərbi rəhbərliyinin son 3 ay ərzində davranışı və yaratdığı hərbi qarşıdurma mühiti münaqişənin müharibəyə çevrilməsi üçün münbit və əlverişli şəraiti təmin edib. Qarabağdan 100 kilometrlərlə uzaqda - Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-16-da Ermənistanın törətdiyi hərbi avantüra bu baxımdan ilk siqnal idi. Növbəti siqnal avqustun 23-də oldu. Bu dəfə Ermənistan mülki Azərbaycan vətəndaşlarına və hərbi qulluqçulara qarşı diversiya təxribatı həyata keçirməyə cəhd etdi. Bu reallıqları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75 illik Sessiyası çərçivəsində ümumi debatlarda çıxışı zamanı, ilk növbədə, beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərdən çəkindirməyə çağırdı. Eyni zamanda, bildirdi ki, təcavüzkarın silahla təchiz edilməsi siyasətinə son qoyulmalıdır. Bundan savayı, Prezident İlham Əliyev BMT kürsüsündən bütün beynəlxalq ictimaiyyətə xitabən qeyd etdi ki, Ermənistan nəinki danışıqlardan imtina edir, eyni zamanda, “yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşır. Bu yeni müharibədə Ermənistan Azərbaycanın böyük şəhərlərinə, mühüm mülki infrastrukturuna, o cümlədən onlarla ölkənin enerji təhlükəsizliyini təmin edən dünyanın nəhəng Səngəçal neft-qaz terminalına da hərbi zərbə endirəcəyi ilə hədələyir.

Beynəlxalq birlik Azərbaycanın dövlət rəhbərinin bu xəbərdarlıqlarından lazımi nəticə çıxarmadı, işğalçını yerinə oturtmadı. Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində qeyd etdiyi “Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan” kimi prinsipial mövqe ortaya qoymalı idilər. Həmin mövqe hələ də yoxdur. Nəticəsi isə bəllidir. Bu münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən hansı biri 30 il ərzində torpaqlarının işğal altında qalması faktına dözərdi? Yəqin ki, heç biri. Buna baxmayaraq, onlar 30 ildir ki, yorulmadan həm “münaqişə ilə bağlı status-kvo vəziyyəti qəbuledilməzdir” deyirlər, həm də eyni müvəffəqiyyətlə “müharibənin hərbi həlli yoxdur” psevdopasifist tezisi beynəlxalq ictimai fikrə sırımaqla məşğuldurlar. Nəticədə işğalçı Ermənistanda arxayınçılıq sindromu formalaşır və cəzasızlıq rejiminin hökm sürdüyü bir reallıqda yeni cinayətlər, yaxud təxribatlar törətməyə şirniklənmiş olur.

Bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransa və onun siyasi rəhbərliyi izafi “fəal”lıq nümayiş etdirir. Bəlkə də Fransa sözügedən qurumun üzvü olmasaydı və ermənipərəst mövqeyini milli səviyyədə ifadə etsəydi, bu, haradasa başa düşülən olardı. Məsələ ondadır ki, Fransa münaqişənin həllində vasitəçilik missiyasını daşıyan ATƏT-in Minsk qrupunun həmsədri statusunda olan üç dövlətdən biridir. Beynəlxalq hüquqa görə, münaqişələrin tənzimlənməsində vasitəçi olan tərəf və ya tərəflər, ilk növbədə, qərəzsiz, tərəfsiz, obyektiv və neytral mövqedə olmalıdır. Reallıqda isə Fransa dövləti öz prezidentinin timsalında beynəlxalq hüquqda vasitəçilər üçün müəyyən edilmiş norma və prinsiplərə nəinki məhəl qoymur, əslində, onları ayaqlar altına atıb tapdalayır. Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ ərazilərini geri qaytarmasına imkan verməyəcəklərini bəyan edir. Belə həmsədri olan ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının iflasa uğraması təəccüb doğurmamalıdır. Elə bu səbəbdən də Azərbaycan ictimaiyyəti haqlı olaraq Fransa dövlətinin münaqişənin tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupunda həmsədr kimi qalmasına heç bir mənəvi və hüquqi haqqının qalmadığını bildirir.

Bütün bu reallıqlar fonunda sanki həm də Ermənistanın dövlət başçısı kimi özünü aparan Fransa prezidenti Emmanuel Makron oktyabrın 2-də yenidən Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, növbəti dəfə atəşkəsin bərpa olunması və sülh danışıqlarına başlanılması ilə bağlı mövqeyini irəli sürüb. Dövlətimizin başçısının formalaşmış yeni şəraitdə münaqişənin həlli imkan və perspektivləri ilə bağlı mövqeyi beynəlxalq ictimaiyyətə, o cümlədən Fransa rəhbərliyinə bəllidir. Həmin mövqeyə görə, “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.

Beləliklə, Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycan torpaqlarının işğalına son qoymağa hazır olduğunu rəsmən bildirməli, beynəlxalq zəmanət altında öhdəlik götürməli və konkret əməli addımlar atmalıdır. Yalnız bu halda Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən konkret zaman qrafiki çərçivəsində çıxarılması məsələsi yüksəksəviyyəli Azərbaycan-Ermənistan danışıqlarının predmeti ola bilər. Bu məqsədlə məlum münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 853-cü qətnaməsində nəzərdə tutulan erməni silahlı qüvvələrinin işğal ərazilərindən çıxarılması zamanı ilə bağlı dəqiq qrafik yenilənməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mariana adalarının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

Tramp: ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək

Niderlandda Soyuq müharibə dövrünə aid bunker satışa çıxarılıb

ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmini məhv edib

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub