Ermənistan ordusunun daha bir əsgəri “dedovşina”nın qurbanı olub
Bakı, 6 iyun, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti arasında yerlibazlıq, “dedovşina” və digər nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayətlər səngimək bilmir.
AZƏRTAC xəbər verir ki, bu ölkə KİV-lərində yayılan məlumatlarda Ermənistanın Kirovakan rayonundan həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçu Martin Saakyanın “dedovşina”nın növbəti qurbanı olduğu bildirilir. Belə ki, M.Saakyan daha çox xidmət etmiş əsgərlərin göstərişini yerinə yetirməkdən imtina etdiyi üçün vəhşicəsinə döyülüb.
O, təhqirlərə yenidən məruz qalmaqdan qorxduğu üçün şikayət etməyib. M.Saakyan ciddi xəsarətlər almasına baxmayaraq, tibb müəssisəsinə yerləşdirilməyib. Fakt hüquq-mühafizə orqanlarından gizlədilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]