Ermənistan silahların çoxunu niyə Hindistandan alır? VİDEO
Bakı, 12 may, AZƏRTAC
Hindistan iyul ayında Ermənistana “Akaş” zenit-raket komplekslərinin ikinci partiyasını göndərəcək. Bu barədə Hindistan mətbuatı məlumat yayıb. Bildirilir ki, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub. Ötən ilin noyabr ayında ilk sistemlər İrəvana göndərilib.
Sürətli silahlanma kampaniyası həyata keçirən İrəvanın idxal etdiyi silahların böyük qismi Hindistan istehsalıdır. Aparılan araşdırmalara görə 2022-2024-cü illərdə Ermənistanın idxal etdiyi silahların ümumi həcminin 43 %-i Hindistanın payına düşüb. Bəs, Ermənistanın silahların çoxunu məhz Hindistandan almasının səbəbi nədir? Bu və digər sualları hərbi ekspert Şair Ramaldanov və politoloq Fikrət Sadıxov cavablandırıb. Daha ətraflı AZƏRTAC-ın videomaterialında izləyə bilərsiniz.