ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ ATƏŞKƏSREJİMİNİ POZMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 17-də saat 22.25-dən 22.35-dək Noyamberyan rayonunun Vozkepar kəndinin 1,4 kilometr şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki üzbəüz mövqelərini pulemyotlardan, saat 23.50-dən 00.00-dək Tərtər rayonunun Həsənqaya kəndinin 2,4 kilometr qərbində yerləşən mövqelərindən milli ordumuzun üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.