ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ ATƏŞKƏSREJİMİNİ POZMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 23-də saat 00.50-dən 01.25-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin 2,5 və 4,5 kilometr şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.