Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın sərhəddəki əməlləri birbaşa manipulyasiya və təxribat xarakteri daşıyır – Şərh

Ermənistanın sərhəddəki əməlləri birbaşa manipulyasiya və təxribat xarakteri daşıyır – Şərh

Bakı, 3 avqust, AZƏRTAC

Ermənistan öz xislətinə sadiq qalaraq yenə tamaşa mahiyyətli siyasi şou göstərir. Belə ki, ölkəmizlə razılaşdırılmadan heç bir yükün suveren ərazilərimizə keçirilməsinə icazə verməcəyini, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağa malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə oluna biləcəyini Azərbaycanın dəfələrlə bəyan etməsinə baxmayaraq, ermənilərin “Laçın” dövlət sərhədindəki buraxılış məntəqəsindən istifadə etməkdə israrlı olması onların ictimai rəyi çaşdırmaq üçün növbəti cəhdidir. “Humanitar yardım” gətirilməsi adı ilə bu ölkədən yük daşıyan avtomobil karvanı “Laçın” dövlət sərhədindəki buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində dayanıb. Ermənistanın və onun havadarlarının məqsədi Azərbaycanı guya “ikinci erməni soyqırımı” törətməkdə ittiham etmək, belə obraz formalaşdırmaq, etnik təmizləmə törədən ermənifobiyanın olduğu ölkə kimi dünyaya təqdim etməkdir. Bu mənada Prezident İlham Əliyevin Şuşada “Euronews” televiziyasına verdiyi müsahibəsi ona görə əhəmiyyətlidir. Çünki bütün təzyiqlərə baxmayaraq, müxbir ölkəmizə gəldi və hər iki tərəfin mövqeyini öyrəndi. Bu da nadir hadisələrdən biri sayıla bilər. Avropa informasiya məkanını nəzərə alsaq, biz dünyada ermənilərin anti-Azərbaycan ideologiyasının artıq iflasa uğradığını müşahidə edirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Ədalət Verdiyevin sözlərinə görə, əgər Azərbaycan öz sərhədlərini və ərazi bütövlüyünü təmin edirsə, qonşu və 30 illik işğal tarixinə malik Ermənistanın Azərbaycan ərazisinə daxil olmaq üçün marşrutunu özü seçməsi absurddur: “Bu, tamamilə sağlam məntiqə ziddir. Ermənilər Laçına sərhəd-buraxılış məntəqəsindən buraxılmayacaqlarını əvvəlcədən bilirdilər. Buna baxmayaraq, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində təxribatlarını davam etdirirlər. Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhaliyə Azərbaycan tərəfi ilə razılaşdırılmadan “humanitar yük” daşıyan avtomobil karvanı iyulun 26-dan etibarən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfindəki aşırımda dayanıb. Ermənistanın sərhəddə yol verdiyi əməllər birbaşa manipulyasiya və təxribat xarakteri daşıyır. Həmin avtomobillərdə xarab olmayan materiallar gətirilir. Avqustun 2-də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərəkət etmək istəyən daha iki yük avtomobili digərlərinin dayandığı əraziyə gəlib. Bununla da avtomobil karvanındakı nəqliyyat vasitələrinin sayı 21-ə çatıb. Əgər Qarabağdakı separatçı rejim gələcəkdə həmin əraziyə digər yük avtomobilləri tapıb yönləndirsə belə bu, heç bir nəticə verməyəcək”.

Hərbi ekspert bildirib ki, Ermənistanın bütün təxribatçı səyləri müəyyən nəticələrə hesablanıb və bölgədə gərginliyi artırmağa çalışdığını bir daha göstərir. Bu, eyni zamanda, psixoloji təsirə hesablanmış addımlardır: “Avropanın bir neçə ölkəsinin və Ermənistan ərazisində maraqları olan digər dövlətlərin diplomatik nümayəndəliklərinin əməkdaşları, Avropa İttifaqı missiyasının rəhbər heyəti həmin ərazilərə gələrək sanki Azərbaycana qarşı bəyanat verməyə çalışırlar. Bu günədək Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan niyə humanitar yardım üçün təklif olunan marşrutla deyil, öz seçdiyi marşrutla getməyə israr edir? Axı, biz hansısa ölkəyə gedəndə sərhəd-buraxılış məntəqəsini özümüz seçmirik. Ümumilikdə, Azərbaycan beynəlxalq separatizmin, o cümlədən onlar arasında dünyada ən təhlükəli və vəhşi xarakterə malik olan erməni terrorizminin dayaqlarını öz ərazilərində tamamilə aradan qaldırmağa çalışan ölkədir. Həmin fəaliyyətlər də məhz Ali Baş Komandanın sayəsində həyata keçirilir. Bir qisim erməni separatçı tör-töküntülər isə xunta rejiminə və yaxuddakı Rusiya sülhməramlı missiyasına arxayın olaraq Azərbaycan ərazilərində qalırlar. Rusiya sülhməramlı missiyası oradan çıxandan sonra separatçılar da qalmayacaqlar. Yəni bu gün Qarabağda erməni terrorçularının qalıqlarının bizə qarşı fəaliyyətlərinə dəstək olan, yüklərin, təbii sərvətlərimizin, həmçinin silah-sursatların daşınmasında onlara zəmanət verən məhz Rusiya sülhməramlı kontingentidir. Laçında sərhəd-keçid məntəqəsinin qurulmasında əsas səbəb də məhz Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərimizə Hindistandan, İrandan və digər dövlətlərdən silah-sursat daşınmaları oldu”.

“Laçın” sərhəd-keçid məntəqəsində Vaqif Xaçaturyanın saxlanılması məsələsinə toxunan hərbi-ekspert erməni lobbisinin, Ermənistan və onun havadarlarının böyük səs-küy qaldırmağa cəhd etdiyini bildirərək fikirlərinə belə davam edib: “Bu məsələdə dövlətimizin atdığı addımlar qanunlara əsaslanır. Ermənilər V.Xaçaturyanın saxlanılması məsələsini humanitar hüquqlarla əlaqələndirməyə çalışırlar. Azərbaycana təzyiq göstərmək üçün guya “onların hərəkət etmək azadlığının bloklanması” kimi həmin məsələni İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müzakirəyə çıxartmaq istəyirlər. Ermənistanın bu iddialarının da yalan olduğu hər məqamda özünü göstərir. Belə ki, aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən indiyədək Qarabağın 2 mindən çox sakini, o cümlədən xəstə insanlar Ermənistana asan şəkildə gedib-gəlib. Həmin xəstələri də Azərbaycan həkimləri yoxlayırlar. V.Xaçaturyan həbs olunan gün 680 nəfər xəstə adı ilə Qarabağdan Ermənistan istiqamətinə keçmək istəyirdi. Nəticədə ümumilikdə 2 min nəfərin arasında yalnız bir nəfər saxlanıldı. Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, bu gün Qarabağda azərbaycanlılara qarşı cinayət törətmiş 500 nəfər yaşayır. Həmin şəxslər Laçındakı sərhəd-keçid məntəqəsinə gələcəkləri halda saxlanılaraq Bakıda qanun qarşısında cavab verəcəklər. Çünki biz onlara amnistiya təklifi vermişdik. Əgər bunu qəbul etmirlərsə, o zaman gəlib qanunlarımız qarşısında cavab versinlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir