ƏSAS MƏQSƏD GƏNCLƏRİ HƏRBİ XİDMƏTƏ HAZIRLAMAQDIR
Şəkidə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə yarışlar keçirilmişdir. Yarışlarda Şəki şəhərinin ümumtəhsil məktəblərini təmsil edən 21 komanda mübarizə aparmışdır. İştirakçılar qaçış, habelə qumbara tullama və güllə atma yarışlarında öz qüvvələrini sınamışlar.
Şəki Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, yarışların əsas məqsədi çağırışaqədər və çağırışyaşlı gəncləri hərbi xidmətə hazırlamaq, habelə onların fiziki sağlamlığını artırmaqdır.
Yarışlarda daha uğurlu çıxış edən şəhərdəki 8 nömrəli məktəbin komandası birinciliyin zona mərhələsinə vəsiqə qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]