Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əsgərlərimizin sayıqlığı və qəhrəmanlığı sayəsində düşmənin bütün cəhdlərinin, hücumlarının qarşısı qətiyyətlə alınır

Bakı, 4 avqust (AZƏRTAC). Xəbər verildiyi kimi, Ermənistan Respublikasının silahlı qüvvələrinin son günlər cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı döyüşlərdə həlak olmuş hərbi qulluqçular müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2014-cü il 3 avqust tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif ediliblər.

AZƏRTAC xəbər verir ki, avqustun 3-də və 4-də Tovuz, Qazax, Qax, Masallı, Ağdam, Biləsuvar və Xocavənd rayonlarında medallar şəhidlərin ailələrinə, yaxınlarına təqdim olunub, başsağlığı verilib.

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində şəhid əsgər Poladov Vüqar Hidayət oğlunun valideynlərinə medalın təqdimatı ilə bağlı mərasim keçirilib. Tədbirdə çıxış edənlər son günlər cəbhə xəttində baş verən hadisələrdən, əsgərlərimizin igidliklərindən danışıblar. Bildirilib ki, bütün təxribatlara baxmayaraq, əsgərlərimizin sayıqlığı və qəhrəmanlığı sayəsində düşmənin bütün cəhdlərinin, hücumlarının qarşısı qətiyyətlə alınır.

Müdafiə Nazirliyinin nümayəndəsi, general-leytenant Rövşən Əkbərov medalı şəhidin atası Hidayət Poladova təqdim edib.

Hidayət Poladov mərasimdə deyib: “Oğlum ölməyib, Vətən uğrunda şəhid olub və ən yüksək zirvəyə ucalıb. Mən özüm də Vətən uğrunda şəhid olmağa hazıram”.

Qazax rayonunun Cəfərli kəndində Azərbaycan Ordusunun giziri şəhid Almazov İsa Ziyad oğlunun xatirəsi ehtiramla yad olunub.

General-leytenant Rövşən Əkbərov medalı şəhid İsa Almazovun oğluna təqdim edib.

Qax rayonundan hərbi qulluğa çağırılmış və qəhrəmancasına həlak olmuş kiçik gizir Elçin Əhmədovun xatirəsinə həsr olunmuş mərasimdə də şəhidlərin igidliklərindən danışılıb. Bildirilib ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq, düşmən tezliklə layiqli cəzasını alacaq.

Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abakər Mirzəyev deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə tam hazırdır.

Daha bir tədbir Masallı rayonunda təşkil olunub.

İgid əsgər Rəhimov Əli Fətulla oğlunun doğulub boya-başa çatdığı Masallı rayonun Köçəkli kəndində keçirilən mərasimdə çıxış edənlər şəhidlərin ölməzliyi, Vətənin müqəddəsliyi, igidlərin əbədiyaşar olduqlarını vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından tam azad olunacağı əminliklə qeyd edilib.

Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Abdulla Qurbani medalı şəhidin qardaşı Zakir Rəhimova təqdim edib.

Z.Rəhimov ailəsi adından ölkə rəhbərliyinə minnətdarlıq edərək Vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, qardaşının şəhidlik zirvəsinə ucalması ilə qurur duyduqlarını bildirib.

Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən mərasimdə şəhid Əhmədov Qaryağdı Eldar oğlunun igidliyindən danışılıb.

Mərasimdə şəhidlərin şücaətindən bəhs edilib, ruhlarına dualar oxunub.

Müdafiə Nazirliyinin nümayəndəsi İslam Gəncəliyev və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli bildiriblər ki, Ermənistan ordusunun son günlər cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqınının qarşısı Silahlı Qüvvələrimizin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində qətiyyətlə alınıb. Düşmən bütün istiqamətlərdə itki verərək geri çəkilməyə məcbur edilib.

Şəhidin atası Eldar Əhmədov deyib: “Oğlumun Vətən uğrunda həlak olması ilə fəxr edirəm. Təki Vətən sağ olsun!”.

Sonda şəhid Qaryağdı Əhmədovun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı təqdim edilib.

Avqustun 4-də Biləsuvar rayonunun Nərimankənd kəndində keçirilən mərasimdə cəbhənin Ağdam- Ağdərə istiqamətində düşmən hücumunu dəf edərkən şəhid olmuş biləsuvarlı gizirlər Pərvin Əliyev və Rahil Hüseynovun igidliklərindən geniş söhbət açılıb.

Bildirilib ki, Biləsuvar rayonunun Nərimankənd kəndində dünyaya göz açan Pərvin Əliyev və Rahil Hüseynov şəhidlik zirvəsinə ucalmaqla həmyerliləri - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ardıcılları kimi yeni tarix yazdılar. Onlar Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlar.

Qeyd olunub ki, şəhidlərin bir kənddən başlayan həyat yolu artıq milyonların ünvanına çevrilib, əbədiyaşarlıq qazanıb. İndi Rahil və Pərvinin adı Azərbaycan boyda bir məmləkətdə dillərdə səslənir, onların övladlıq borcu layiqincə qiymətləndirilir. Ölümlərindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmaları da bunun əyani göstəricisidir.

Pərvin Əliyev və Rahil Hüseynovun ölümlərindən sonra təltif olunduqları medalı Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani şəhidlərin valideynləri Rəfiqə Əliyevaya və Əfqan Hüseynova təqdim edib.

Şəhidlərin valideynləri ailələri adından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinə minnətdarlıq edərək bildiriblər ki, şəhid qanına boyanan əzəli və əbədi torpaqlarımız Azərbaycan Silahlı Qüvvələri tərəfindən tezliklə işğaldan azad olunacaq və o zaman övladlarının şəhid ruhları dinclik tapacaq.

Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsində cəbhənin Ağdam istiqamətində ermənilərin hücum cəhdinin qarşısını alarkən şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Quliyev Sənan Qeyrət oğlunun xatirəsi böyük ehtiramla yad edilib.

Mərasimdə şəhidin şücaətindən bəhs edilib, ruhuna dualar oxunub.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, torpaqlarımızın müdafiəsi uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfəri şəhid olub. Erməni quldurları təkcə Qaradağlı kəndindən 77 nəfər soydaşımızı, o cümlədən şəhid Sənan Quliyevin 20-yə qədər yaxın qohumunu qətlə yetiriblər. Qeyd edilib ki, doğma kəndi işğal edilən, yaxın qohumları ermənilər tərəfindən qətlə yetirilən Sənan Quliyev Vətənə olan borcunu ləyaqətlə yerinə yetirərək şəhid olub.

Bildirilib ki, xocavəndlilər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəkləyirlər. Eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar.

Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani son günlər cəbhədə həlak olmuş hərbi qulluqçuların ailələrinə baş çəkdiyini deyərək bildirib ki, bu gün hər bir şəhid atası, anası qürur hissi yaşayır. Onlar övladlarının Vətən uğrunda həlak olması ilə fəxr edirlər. Bu gün Azərbaycan xalqı ilə ordu bir yerdədir. Bu birlik isə ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hazır və qadir olduğunu göstərir.

Ailəsi adından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edən şəhidin babası Əlqəmə Quliyev nəvəsi ilə fəxr etdiyini deyərək, 75 yaşının olmasına baxmayaraq Vətənin müdafiəsinə hazır olduğunu bildirib.

Sonra şəhid Sənan Quliyevin ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı təqdim edilib.

Mərasimdə iştirak edən hərbi qulluqçular və xocavəndli məcburi köçkünlər həmişə xalqımıza və dövlətimizə sadiq qalacaqlarına, daim Ali Baş Komandanın əmrinə hazır olacaqlarına, işğal altında olan torpaqlarımızı azad edəcəklərinə and içiblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram