Eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Payız turniri”nə start verilib
Bakı, 22 noyabr, AZƏRTAC
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə noyabrın 22-də Daxili İşlər Nazirliyinin İdman Sarayında eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Payız turniri”nə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın ilk turunda “Bilik” komandası “Şimşəy”i 7:3, “Zirvə” isə “Ümid”i 13:0 hesabı ilə məğlub edib.