Eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” başlayıb
Bakı, 1 may, AZƏRTAC
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” başlayıb.
AZƏRTAC xəbər verir ki, Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunan yarışın ilk turunda “Şimşək” klubu “Zirvə”ni 9:3, “Azəri” komandası “Bakı”nı 11:0, “Ümid” isə 16:0 hesabı ilə məğlub edib.