“ESN Azerbaijan” tərəfindən infosessiya təşkil olunub
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin dəstəyi ilə tələbələr üçün “Erasmus Student Network (ESN) Azerbaijan” tərəfindən “Erasmus+” imkanları, xaricdə təhsil və könüllülük proqramları haqqında infosessiya təşkil olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə “ESN Azerbaijan”ın prezidenti Kübra Rəsul təşkilatın fəaliyyəti, “Erasmus+” imkanları, Avropa Həmrəylik Korpusu, xaricdə təhsil və təcrübə proqramları, eləcə də gələcək layihələr barədə məlumat veriblər.
Sonra “ESN Azerbaijan”ın üzvü, Avropa Həmrəylik Korpusu proqramının məzunu Xəyal Məhərrəmli, “Erasmus+” proqramının məzunu Lalə Səlimli və “MaRIHE” proqramının qalibi, hazırda Avstriyada magistratura təhsili alan Aysel Muradova xaricdə təhsil barədə öz təcrübələrini bölüşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]