Eşqi Bağırov: Ölkə üzrə 118 mindən çox şagird məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Məktəbdənkənar təhsil uşaq və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı, asudə vaxtının təşkili, fiziki inkişafını təmin edən təhsil növüdür.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib.
“Məktəbdənkənar fəaliyyətin məqsədi şagirdlərin zərərli vərdişlərdən qorunması, uşaqlarda sosial fəaliyyətin inkişafı və kommunikasiya bacarıqlarının formalaşdırılmasına, hər bir uşağın fərd olaraq hərtərəfli inkişafına, istedadlı uşaqların üzə çıxarılmasına dəstək olmaq, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsi, təhsilalanların gələcək karyerasına və şəxsi inkişafına böyük təsir göstərən bacarıqların inkişaf etdirilməsidir. Hazırda 145 məktəbdənkənar təhsil müəssisəsində təhsilalanların sayı 118 mindən çox, təhsilverənlərin sayı isə 6 min 748 nəfərdir”, - deyə Eşqi Bağırov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]