Eşqi Bağırov: Rus bölmələrində pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlərin sayı azdır
Bakı, 6 mart, AZƏRTAC
Hazırda ümumtəhsil müəssisələrində 1 milyon 600 min şagird təhsil alır.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib.
O bildirib ki, rus bölməsində müəllim çatışmazlığı müşahidə olunur: “Bu bölmədə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən insanların sayı azdır. Lakin vətəndaşlarımızın hər zaman ana dilində tədris almaq hüququ var”.