“Əsrlər və nəsillər”də tarixi məkanlar və abidələr barədə danışılacaq
Bakı, 10 sentyabr, AZƏRTAC
AzTV-də yeni mövsümdə yayımlanacaq layihələrdən biri “Əsrlər, nəsillər” verilişi olacaq.
Telekanaldan AZƏRTAC-a bildirilib ki, proqram, tarixçi Fuad Axundovun təqdimatında efirə gedəcək.
“Əsrlər, nəsillər”də Azərbaycanın tarixi şəxsiyyətləri, tarixi əhəmiyyətli abidələr, qədim məkanlar barədə araşdırmalar aparılacaq, qatı açılmamış sirlərdən bəhs ediləcək.
Verilişdə tamaşaçılar odlar diyarının qədim tarixinə səyahət edə, o dövrlərin ab-havasına köklənə biləcəklər.
Fuad Axundov layihə ilə bağlı danışarkən qeyd edib ki, verilişdə tək Bakıdakı deyil, Azərbaycandakı tarixi məkanlar və abidələr barədə söz açılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]