Estoniyalı futbolçu: Azərbaycan millisi ilə oyunda yaxşı nəticə qazanmağa çalışacağıq
Bakı, 10 oktyabr, AZƏRTAC
“Qarşıdakı iki oyunda əlimizdən gələni edəcək və yaxşı nəticə qazanmağa çalışacağıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Estoniya yığmasının futbolçusu Markus Poom Azərbaycan və Tailand yığmaları ilə keçirəcəkləri oyunlar barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.
24 yaşlı yarımmüdafiəçi bildirib ki, azarkeşləri sevindirmək üçün meydanda hər şeyi edəcəklər: “Düşünürəm ki, yığma ilə bağlı sərt tənqidlər bizə təsir etməyəcək. Meydançaya çıxıb öz işimizi görəcəyik. Neqativ söhbətləri özümüzdən uzaq tutmalıyıq. Fikrimcə, oyunçular bu barədə çox da düşünməli deyillər. Ən vacibi odur ki, düşərgədə hələ də nəticələri yaxşılaşdıra biləcəyimizi düşünən insanlar çoxdur. Hamımız nəyi daha yaxşı edə biləcəyimizi fikirləşməliyik”.
Qeyd edək ki, Estoniya millisi oktyabrın 13-də AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla, 17-də isə yoldaşlıq oyununda Tailandla qarşılaşacaq. Hər iki matç Tallində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]