Etna vulkanı yenidən fəallaşıb
Roma, 2 dekabr, AZƏRTAC
Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkanın cənub-şərqindəki kraterdən güclü lava axını müşahidə edilib. Bölgədə çox sayda vulkanik zəlzələ baş verib. Zəlzələ dəniz səviyyəsindən təxminən 2900 metr yüksəklikdə yerləşən cənub-şərq kraterinin ərazisi ilə məhdudlaşıb.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamaya görə, vulkanik sarsıntının orta amplitudası artıb, daha da artmaq meyli var. Həmçinin infrasəs aktivliyi də əhəmiyyətli artım göstərir.
Vulkanın ətəyindəki yaşayış məntəqələrinə kül və toz dumanı yayılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]