Ətraf mühitin mühafizəsinə çəkilən xərclər müəyyənləşdirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Dövlət Statistika Komitəsi müəssisə və təşkilatların ekoloji xərcləri barədə informasiya toplamaq, onların imkanlarını müəyyənləşdirmək məqsədi ilə sorğu keçirmişdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, müəssisə və təşkilatların ətraf mühitin mühafizəsinə çəkilən cari xərcləri 45,9 milyon manat təşkil etmişdir. Bunun 37 faizi tullantıların idarə edilməsinə, 35 faizi çirkab sularının təmizlənməsinə, 11 faizi torpağın, yeraltı və yerüstü suların bərpasına, 3 faizi bioloji müxtəlifliyin mühafizəsinə, 2 faizi atmosfer havasının qorunmasına və iqlim dəyişikliklərinin qarşısının alınmasına sərf olunmuşdur.
Bundan başqa, müəssisə və təşkilatlar tərəfindən ətraf mühitə mənfi təsirə görə 13 min manat, ətraf mühitə vurulan ziyana görə isə 5 min manat cərimə ödənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]