Faktiki hava: Paytaxtda küləyin sürəti saniyədə 23 metrə çatıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 11-i saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, Xaçmaz, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Neftçala, Biləsuvar, Lerik, Lənkəranda arabir yağış yağıb, şimal qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, küləyin maksimal sürəti Bərdə, Şəkidə 18, Şabranda 16, Bakıda və Abşeron yarımadasında isə 23 metr/saniyəyədək güclənib.
Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,6 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18°-dək, Naxçıvan Muxtar Respublikasında 24°-dək, Aran rayonlarında 23°-dək, dağlıq rayonlarda 8°-dək isti təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [19:23]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]