Faktiki hava: Zaqatalaya 106 millimetr yağıntı düşüb
Bakı, 26 sentyabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 26-sı saat 10:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 106, Lənkəranda 33, Qəbələdə 21, Astarada 19, Lerikdə 12, Balakəndə 8, Yardımlıda 6, Göyçay, Şəki, Oğuz, Şəmkir, Qax, İsmayıllı, Tərtərdə 4 millimetrədək olub.
Şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında, Neftçalada saniyədə 20, Cəfərxanda 16 metrədək güclənib.
Göygöl, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27°, Naxçıvan Muxtar Respublikasında 29°, Aran rayonlarında 31°, dağlıq rayonlarda 21°-dək isti qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:34]
Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib
- 12.10.2026 [12:38]
Qadın hərbi kursantlarla görüş olub
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [12:01]