Faşizmə qarşı mübarizədə qələbənin 80 illiyi münasibətilə Pekində hərbi parad keçiriləcək
Pekin, 24 iyun, AZƏRTAC
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin və yapon istilasına qarşı mübarizədə qələbənin 80 illiyi münasibətilə sentyabrın 3-də Pekində hərbi parad keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Şurası (Nazirlər Kabineti) İnformasiya Ofisinin iyunun 24-də keçirdiyi mətbuat konfransında məlumat verilib. Hərbi parad qələbənin 80 illiyi ilə bağlı tədbirlər çərçivəsində baş tutacaq.
Mərasim dünyanın ən böyük meydanlarından hesab olunan Tiananmendə təşkil olunacaq. Parada xarici ölkələrin liderləri, beynəlxalq təşkilatların rəhbərləri də dəvət olunacaq. Bundan başqa, Çinin qələbəsinə töhfə verən əcnəbilər və onların ailə üzvləri də dəvət olunacaq.
Qeyd edək ki, bu, Çin Xalq Respublikası tarixində İkinci Dünya müharibəsində qələbəyə həsr olunan 2-ci hərbi parad olacaq. Bundan əvvəl 2015-ci ildə hərbi parad keçirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]