Fatih Terim Səudiyyə Ərəbistanı klubunda
Bakı, 26 dekabr, AZƏRTAC
Türkiyəli tanınmış mütəxəssis Fatih Terim yenidən işinin başına qayıdır.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubu 71 yaşlı təcrübəli çalışdırıcını baş məşqçi postuna gətirmək istəyir.
Tanınmış insayder Nikola Şkiranın sözlərinə görə, “imperator” ləqəbli mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi ilə danışıqlar aparır. Mənbənin sözlərinə görə, tərəflər iki illik müqavilə bağlamaq üzrədir.
Türkiyə mətbuatının yaydığı xəbərlərdə isə ərəblər F.Terimə 6 ay+1 illik müqavilə təklif edib.
Xatırladaq ki, Fatih Terim daha çox “Qalatasaray” və Türkiyə millisindəki işi ilə tanınır. O, son olaraq Yunanıstanın “Panatinaikos” komandasında işləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [14:25]
“Naxçıvan” klubu gənc basketbolçu ilə müqavilə imzalayıb
- 14.09.2026 [14:14]
“Sabah” Avropa Kubokunun qalibi olmuş basketbolçunu transfer edib
- 14.09.2026 [13:38]
Almaniyada yaşayan azərbaycanlı cüdoçu şəhər çempionu olub
- 14.09.2026 [12:49]
Çexiya millisinin keçmiş qapıçısı 64 yaşında vəfat edib
- 14.09.2026 [12:41]
Amasiya kəndləri arasında II minifutbol çempionatına start verilib
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]