CƏMİYYƏT
Fatma Varank: COP29-un öz məqsədinə çatmasında Azərbaycanın tərəfində olacağıq VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Bu gün COP29-da iştirak etdiyim üçün çox xoşbəxtəm. COP-a sədrlik elan ediləndən bəri Türkiyə həmişə Azərbaycanın tərəfində olub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank deyib.
“Gündəliyində əsas mövzunun maliyyə olacağı əvvəlcədən müəyyən edilmiş COP29-un öz məqsədinə çatmasında Azərbaycanın tərəfində olacağıq. Dünyadakı iqlim dəyişikliklərinin azaldılmasında uyğunlaşma ilə yanaşı, ən vacib sahə maliyyədir. Çünki ölkələr buna uyğunlaşmaq, bərpaolunan enerji mənbələrinə çıxış əldə etmək üçün maliyyəyə ehtiyac duyurlar. Beləliklə, maliyyə məsələsi burada müzakirə olunacaq. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrin maliyyəyə daha asan çıxış əldə edə bilməsi barədə konfransda qərar qəbul olunması hədəflənir”, - deyə nazir müavini bildirib.