Federal Təhqiqatlar Bürosu 800 əməkdaşını işdən çıxarıb
Bakı, 3 oktyabr, AZƏRTAC
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) hökumət orqanlarının fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar 800 əməkdaşını işdən çıxarıb.
AZƏRTAC xəbər verir ki, CBS telekanalının məlumatına görə, işdən çıxarılanların təxminən üçdəbiri operativ əməliyyat işçiləridir. Hazırda FTB əməkdaşlarının sayı 36,7 min nəfər təşkil edir.
Telekanal qeyd edir ki, Donald Tramp tərəfdarları bu kadr islahatını müsbət qiymətləndirib.
Ötən gün FTB agentlərinin assosiasiyası hökumətin fəaliyyətinin dayanmasının ölkənin təhlükəsizliyini riskə atacağından narahat olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 1-də ABŞ-ın şərq vaxtı ilə saat 00:00-dan etibarən hökumət orqanlarının fəaliyyəti dayandırılıb. Buna səbəb Konqresdə onların maliyyələşdirilməsinin uzadılması ilə bağlı qanun layihəsi barədə razılığın əldə olunmamasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]