FƏLƏSTİN PARLAMENTİ İLK İCLASINI KEÇİRİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, fevralın 18-də Rəmallahda Fələstin Muxtariyyətinin yeni çağırış parlamentinin ilk iclası açılmışdır. Xatırladaq ki, muxtariyyətin qanunvericilik orqanındakı 132 yerdən 74-ü radikal HƏMAS qruplaşmasına məxsusdur.
İlk iclasda deputatların hamısı iştirak etmir. İsrail Qəzzə bölməsində yaşayan deputatlara parlamentin Rəmallahda keçirilən birinci iclasına gəlməyə icazə verməmişdir. Həmin deputatlar Fələstin Muxtariyyətinin Qəzzədəki hökumət binaları kompleksini parlamentlə bağlayan videokonfrans zamanı and içəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]