CƏMİYYƏT
“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb
Qaliblər arasında AZƏRTAC-ın iki əməkdaşı da var
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən oktyabrın 29-da elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, müsabiqədə “Ən yaxşı reportaj”, “Ən yaxşı ictimai-siyasi təhlil”, “Ən yaxşı sosial-iqtisadi təhlil”, “Ən yaxşı müsahibə”, “Ən yaxşı mədəniyyət materialı”, “Ən yaxşı köşə yazısı”, “Ən yaxşı jurnalist araşdırması”, “Ən yaxşı oçerk” nominasiyaları üzrə qaliblər müəyyənləşib.
Qaliblər arasında AZƏRTAC-ın iki əməkdaşı da var.