Fərhad Turanlı: 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir
Kiyev, 19 yanvar, AZƏRTAC
20 Yanvar hadisəsi Azərbaycan tarixində azadlıq və dövlət müstəqilliyi uğrunda milli-ingilabi hərəкatı olaraq qiymətləndirilməlidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukraynada yaşayan türkoloq, ukraynaşünas alim, tarix elmləri doktoru, professor Fərhad Turanlı söyləyib
Onun sözlərinə görə, məhz həmin gecə Bakıda azərbaycanlılar, sözün əsl mənasında qəhrəmanlıq göstərərək, azadlıq yolunda qəhrəmancasına həlak oldular.
“1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 20 Yanvar faciəsi bu baxımdan, müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb”, - deyə professor əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]