İDMAN
Fərid Qayıbov beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb
![](/files/galleryphoto/2023/3/1200x630/16945183943861611173_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16945183941373360166_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1694518394415974184_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16945183943665043151_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16945183944872417381_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16945183941802460773_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16945183941248711684_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16945183945795151373_1200x630.jpg)
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gəncləri salamlayan nazir onları öz sahələrində qazandıqları uğurlar münasibətilə təbrik edib və iştirak etdikləri tədbirlər barədə fikir mübadiləsi aparıb.
Sinqapurda keçirilmiş Beynəlxalq "Wikimaniya 2023" konfransı, Maltada Qaraj Erasmus Fondunun ümumi yığıncağı, Türkiyənin Bursa şəhərində “15-ci Beynəlxalq MEB Robot Yarışması” və Cənubi Koreyada Dünya Skautlarının 25-ci Camborisində iştirak etmiş gənclər təəssüratlarını paylaşıb, beynəlxalq tədbirlərdə qazandıqları təcrübələrini bölüşüblər.
Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən Fərid Qayıbov onların istər beynəlxalq aləmdə, istərsə də ölkə daxilində fəallığının vacibliyini qeyd edib.
Tədbirdə nazir müavini İndira Hacıyeva və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov da iştirak ediblər.