Fərid Qayıbov: Təkcə boks deyil, digər idman növlərini də regionlarda inkişaf etdirmək istəyirik
Lənkəran, 12 iyun, Cavid Əliyev, AZƏRTAC
Bu gün bizim üçün növbəti idman bayramıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir Boks Mərkəzinin Lənkəranda istifadəyə verilməsinin sevindirici məqam olduğunu bildirib: "Ümumilikdə bu zonada boks ənənələri var. Buradan dünya çempionu çıxıb. Düşünürəm ki, çempionların sayı daha da artacaq. Zalda həm qızlar, həm də oğlanlar məşq edir. Məhz buradan gələcəkdə ölkə çempionları və beynəlxalq arenada bizi layiqincə təmsil edəcək idmançılar çıxacaq".
Nazir bütün idman federasiyaları ilə sıx əməkdaşlıq etdiklərini vurğulayıb: "Dövlətimizin başçısı İlham Əliyevin də bununla bağlı göstərişləri var. Təkcə boks deyil, digər idman növlərini də regionlarda inkişaf etdirib, yeni idman qurğuları inşa etmək istəyirik".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]