Festival: Belarus idmançıları tennis üzrə qız cütlüklərin yarışının qızıl medalını qazanıb
Bakı, 26 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
Belarus idmançıları “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında qız cütlüklərin tennis yarışlarının finalında qızıl medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən final qarşılaşmasında Belarus təmsilçisi Evialina Laskeviç/Mariya Stsetseviç cütlüyü rusiyalı Mariya Şoloxova/Yekaterina duetini 2:1 hesabı ilə (7:6, 6:3, 10:4) məğlub edərək festivalın çempionu olub.