FHN: Məcburi köçkünlərin məskunlaşdıqları yataqxana binasının damı 200 kvadratmetr sahədə yanıb
Bakı, 24 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanada baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhərinin Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdıqları yeddimərtəbəli yataqxana binasının damında ümumi sahəsi 250 kvadratmetr olan yaşayış sahəsinin (artırma tikililər) konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 kvadratmetr sahədə yanıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının sahəsinin genişlənməsinin qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]