FIDE may ayı üçün yeni reytinq siyahısını açıqlayıb
Bakı, 1 may, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün yeni reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməyib. Ş.Məmmədyarov 2781 xalla 5-ci, T.Rəcəbov 2759 xalla 12-ci pillədə qərarlaşıblar. Digər şahmatçılarımız Arkadi Naydiç 2682 xalla 58-ci, Qədir Hüseynov 2654 xalla 97-cidir. Kişi şahmatçılar arasında reytinq siyahısına hazırkı dünya çempionu norveçli Maqnus Karlsen (2861) liderlik edir. Sonrakı yerləri amerikalı Fabiano Karuana (2816 xal), çinli Dinq Liren (2805 xal) bölüşürlər.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2436 xal, 40-cı yer) və Xanım Balacayeva (2373 xal, 92-ci yer) ilk yüzlükdə yer alıblar. Qadın zəka ustaları arasında isə ilk üç pillədə çinli idmançılar Hou Yifan (2662), Vencun Cu (2590) və ukraynalı Mariya Muziçuk (2563) qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]