Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Fidel Kastronun mükafatlandırdığı pəhləvanın nəvəsindən görünməmiş güc nümayişi FOTO VİDEO

Quba, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC

Altı yaşlı pəhləvan İbrahim Abdulhüseynov dişləri ilə 10 kiloqramlıq çəki daşını qaldırır, şüşə qırıntıları üzərində uzanır, iki tondan ağır avtomobili dartır və başqa çətin nömrələrin öhdəsindən asanlıqla gəlir. Bu, kökdən gələn gücün, Abdulhüseynovlar nəslinin pəhləvanlıq ənənəsinin göstəricisidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, adları “Ginnesin rekordlar kitabı”na düşməyə namizədlərin sırasına daxil edilən qubalı pəhləvanlar Laçın və Hüseyn Abdulhüseynovların övladları da babalarının yolunu davam etdirirlər.

Bu nəslin ilk tanınmış pəhləvanları Əli və Qəmbər qardaşları olub. Əli Abdulhüseynov Dağıstanın xalq pəhləvanı adını qazanıb. Keçmiş sovet dönəmində Əli və Qəmbər qardaşları bütün ittifaq respublikalarında çıxışları ilə tanınıb. Pəhləvan Əli Kubada keçirilən festivalda hamının diqqətini çəkməyi bacarıb. Bir-birindən maraqlı çıxışlarına görə Kuba inqilabının lideri Fidel Kastro tərəfindən mükafatlandırılıb.

“Bizə bu sənət babamızdan, atamızdan miras qalıb. Ona görə borcumuzdur ki, pəhləvanlıq sənətini yaşadaq, gənclərimizə aşılayaq, yaddan çıxmasın. Atamın əsasını qoyduğu “Pəhləvan Əli” idman klubu 30 ildən çoxdur fəaliyyət göstərir. Burada sağlam gələcək yetişir, eyni zamanda, uşaqlara pəhləvanlığın sirləri öyrədilir. Pəhləvanlıq irsən keçən, kökdən gələn gücdür. Bununla yanaşı, pəhləvanın səhnə mədəniyyəti, insanları ələ almaq bacarığı da olmalıdır”,- deyə Laçın Abdulhüseynov bildirib.

Müstəqillik dönəmində Laçın və Hüseyn Abdulhüseynovlar Azərbaycanın məşhur el sənətini bütün dünyada tanıtmağa nail olublar. Bir-birinin ardınca rekordları yeniləyən qardaşlar dünyanın 24 ölkəsində yarış və televiziya şou proqramlarında çıxış ediblər. 2017-ci ildə qubalı pəhləvan qardaşlar Amerika Birləşmiş Ştatlarının “America's Got Talent” teleşousunda iştirak edərək amerikalı tamaşaçıları da öz qeyri-adi nömrələri ilə şoka salmağı bacarıblar. Abdulhüseynov qardaşları Türkiyə, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan, Kolumbiya, Rumıniya və bir çox başqa ölkələrdə qeyri-adi istedada malik insanların çıxış etdikləri şou proqramlarında yaddaqalan nömrələr göstəriblər. Onların bir çox nömrələri ekspertlər tərəfindən efir üçün təhlükəli olduğu üçün yayımlanmayıb.

Laçın qeyri-adi üsulla göz nahiyəsində 33 kiloqram ağırlığı qaldırmaq, kəsici-deşici aləti boğaz boşluğuna söykəməklə avtomobil itələmək və heç bir qoruyucu vasitə olmadan biləyi üzərindən 2 tonluq maşını keçirməklə dünya rekorduna imza atıb. Onun qardaşı Hüseyn isə boğaz boşluğunda 33 kiloqram daş asmaqla, ayaqları üzərindən 3,4 ton ağırlığında avtomobili keçirməklə fərqlənib. Qubalı qardaşlar doqquzqat dünya rekordçularıdır.

“Pəhləvanlıq həm də vətənpərvərlik məktəbidir. Bizim üç yetirməmiz Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Gənclərimizi sağlam ruhda böyütmək lazımdır. Bizim də övladlarımız yolumuzu davam etdirirlər. Atam həmişə “pəhləvanın oğlu pəhləvan olar” deyirdi. Ənənə davam edir”,- deyə Laçın Abdulhüseynov söyləyib.

Hazırda Abdulhüseynovlar ailəsinin daha 5 üzvü pəhləvanlığın sirlərini öyrənir. İbrahim, Kənan, Əli, Emil və Cavid yaşlarının az olmasın baxmayaraq bir çox rayon tədbirlərində, güclərini qüvvələrini sınayıblar.

Pəhləvanlardan ən kiçiyi Laçın Abdulhüseynovun oğlu İbrahimdir. Altı yaşlı İbrahim atası və babası kimi güclü və məşhur pəhləvan olmaq istəyir. Hələ dörd yaşı olanda çəki daşları ilə məşq etməyə başlayıb. Ən xoşladığı nömrə isə avtomobil dartmaqdır. O, bu yaşda iki tondan ağır avtomobil dartmaqla da məşhurlaşıb.

Təqdim olunan nömrələrin bir çoxu uşaqlar üçün riskli olduğundan davamlı məşq və diqqət tələb edir. Uşaqlar xüsusi texnikanı qavramadan təhlükəli nömrələrin icrasına icazə verilmir.

“Bir çox nömrələr uşaqlar üçün təhlükəlidir. Kimsə evdə baxıb təkrarlamağa çalışmasın. Bizim uşaqların yaşı az olsa da, xeyli təcrübələri var. Dəfələrlə səhnələrdə çıxış ediblər. Bütün nömrələrin icrasının öz texnikası var. Bədən, dəri möhkəm olmalıdır. Fiziki cəhətdən dözümlülük üçün məşqlər edilməlidir. Pəhləvanlar məşq zamanı düzgün tənəffüs formalaşdırmasına xüsusilə fikir verməlidirlər. Havanın qarın boşluğunda idarə edilməsi və qarın əzələlərinin məşqləri olduqca vacibdir”, - deyə Laçın Abdulhüseynov bildirib.

Abdulhüseynovlar pəhləvanlıq ənənəsini yaşatmaq, nəsildən-nəsilə ötürərək el sənətini yaşatmaq arzusundadırlar.

Fidel Kastronun mükafatlandırdığı pəhləvanın nəvəsindən görünməmiş güc nümayişi FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb