FİFA DÜNYA BİRİNCİLİYİ MATÇLARINI İDARƏEDƏCƏK HAKİMLƏRİ MÜƏYYƏNLƏŞDİRİR
AZƏRTAC-ın xüsusi müxbiri 2006-cı ildə Almaniyada keçiriləcək futbol üzrə dünya birinciliyi təşkilat komitəsinin KİV-lərdə dərc edilən son məlumatına istinadla xəbər verir ki, FİFA-nın Hakimlər Komissiyası oktyabrın 25-də Sürixdə keçirdiyi toplantıda 2006-cı il dünya birinciliyi matçlarına hakimlik etməyə namizəd göstərilən 44 bitərəf və 111 assistent referinin siyahısını təsdiq etmişdir. Hakimlərin adları yaxın vaxtlarda elan olunacaq. Hakimliyə namizədlərin siyahısına Avropadan - 17, Cənubi Amerikadan - 7, Asiyadan - 6, Afrikadan - 6, Şimali və Mərkəzi Amerika və Atlantik okeanı regionundan - 6, Okeaniyadan - 2 namizəd salınmışdır.
Hakimliyə namizəd göstərilən 155 nəfər referi FİFA-nın 2006-cı ilin mart ayında Frankfurt şəhərində keçirəcəyi seçmə test-sınaq yoxlamalarına cəlb olunacaqdır. Sağlamlıq və psixoloji sınaq test yoxlamalarından uğurla çıxanların arasından 30 referi və onların assistentləri müəyyən edilərək dünya birinciliyinin təşkilat komitəsinin sərəncamına veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]