FIFA referilərimizin sayı artırılıb
Bakı, 18 dekabr, AZƏRTAC
2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin sayı artıb.
AZƏRTAC xəbər verir ki, siyahıda ötənilki ilə müqayisədə bəzi dəyişikliklər də baş verib. 2013-cü ildən FIFA dərəcəli baş hakim olan Rəhim Həsənovu Elçin Məsiyev əvəzləyib. Yeni FIFA referilərinin siyahısına Yuliya Qurbanova (çimərlik futbolu) əlavə edilib.
Referi köməkçilərinin sayında da dəyişiklik baş verib. Siyahıya Akif Əmirəli, Zeynal Zeynalov, Namik Hüseynov, Elşad Abdullayev, Pərvin Talıbova, Cavanşir Yusifov, Gülnurə Əkbərzadə və Sevda Nuriyeva qoşulublar. C.Yusifovun adı zədə səbəbindən karyerasını başa vurmuş Mübariz Həşimovun əvəzinə siyahıya əlavə edilib. Futzal hakimlərinə gəlincə, Hikmət Qafarlıdan sonra Əli Cəbrayılov və Knyaz Əmiraslanova da FIFA dərəcəsi verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]