Filarmoniyada Dövlət Kamera Orkestrinin konserti olub
Bakı, 25 noyabr, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin kamera musiqisi gecəsi keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, gecənin solisti skripkaçı Dilarə Mehdiyeva-Kurtaran olub.
Konsert proqramına Cüzeppe Verdinin “Simli alətlər üçün kvartet” və “Mi minor” (Bakıda ilk dəfə simli orkestr tərəfindən ifa olunur), Aqşin Əlizadənin “Pastoral və Aşıqsayağı”, Valentin Silvestrovun “Gecə serenadası” və Astor Pyatsollanın “Buenos-Ayresdə ilin fəsilləri” silsiləsi (dördhissəli) daxil edilib.