Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Finlandiyada İsveç və Böyük Britaniyanın iştirakı ilə 6500 hərbçinin cəlb olunduğu quru qoşunlarının təlimləri başlayıb.
AZƏRTAC xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, Laplandiyanın Rovayarvi poliqonunda keçiriləcək “Northern Strike 125” və “Northern Star 25” təlimləri mayın 31-dək davam edəcək. Manevrlərə 900-ü isveçli, 350-si britaniyalı olmaqla 6500-ə yaxın hərbçi cəlb olunacaq. “Northern Strike 125” təlimlərində artilleriya atəşləri, “Northern Star 25” təlimlərində isə səhra manevrləri həyata keçiriləcək.
Manevrlərdə, həmçinin Böyük Britaniyanın “AH-64E Apache” helikopterləri, Finlandiyanın “F/A-18 Hornet” qırıcıları, eləcə də İsveç, Böyük Britaniya və Finlandiya Hərbi Hava Qüvvələrinin hücum helikopterləri iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]