Finlandiyada NATO-nun Şimali Avropa Quru Qoşunları qərargahının açılışı olub
Bakı, 3 oktyabr, AZƏRTAC
Finlandiyanın Mikkeli şəhərində, Rusiya ilə sərhədə yaxın ərazidə, NATO-nun Şimali Avropa Quru Qoşunları qərargahı fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yle portalı məlumat yayıb. “Dövlətimizin müdafiəsinin təşkili bizim əsas maraqlarımızdan biridir. Hərbi Hava Qüvvələri və donanmanın inkişafı quru müdafiəsinin təşkili qədər təcili deyil”, - deyə Finlandiyanın müdafiə naziri Antti Hakkyanen portala müsahibəsində bildirib.
NATO Quru Qoşunları komandanlığının briqada generalı Kris Gentin sözlərinə görə, qərargah dinc dövrdə alyansa üzv ölkələrinin fəaliyyətini planlaşdıracaq və sinxronlaşdıracaq, həmçinin birgə təlimlərin hazırlanması və keçirilməsi ilə məşğul olacaq, müharibə zamanı isə Şimal Avropada fəaliyyət göstərən qoşunlara komandanlıq edəcək.
Qeyd edək ki, Sankt-Peterburqdan 300 kilometr məsafədə yerləşən Şimali Avropa Quru Qoşunları qərargahı NATO-nun Norfolk komandanlığına tabe olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]