Finlandiyanın Baş Naziri ehtiyat tədbiri olaraq özünü təcrid edib
Stokholm, 24 aprel, AZƏRTAC
Finlandiyanın Baş Naziri Sanna Marin iqamətgahının əməkdaşlarından birinin karantinə alınmasından sonra özünü təcrid edib.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, Baş Nazirin iqamətgahının əməkdaşı koronavirusa yoluxmuş şəxslə təmasda olub. Onda koronavirus infeksiyası əlamətlərinin tapılmamasına baxmayaraq, indi Sanna Mariehtiyat tədbiri olaraq evdən işləyəcək.
Bununla yanaşı, nə Baş Nazirin, nə onun ailəsinin, nə də ona yaxın olan işçilərin karantinə götürülmüş şəxslə təmasda olmadıqları bildirilir.
Beləliklə, Baş Nazir özünün rəsmi iqamətgahında qalaraq adi rejimdə fəaliyyət göstərməklə yanaşı, həm də Finlandiya hökumətinin və Avropa İttifaqı orqanlarının işində distant formada iştirak edəcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]