Firdovsi Əliyev: Ağacəkmə aksiyalarının ekoloji təbliğat cəhətdən mühüm əhəmiyyəti var
Bakı, 12 noyabr, AZƏRTAC
Çox təqdirə layiq haldır ki, dövlət qurumları öz peşə bayramlarını, məxsusi günlərini təbiət qoynunda keçirtməyə qərar verirlər. Bu, yalnız istirahət etmək deyil, eyni zamanda, təbiətə dost münasibətin formalaşdırılmasında çox önəmli bir missiyadır.
Bunu Ali Məhkəmənin yaradılmasının 100 illiyinə həsr olunan ağacəkmə aksiyasında AZƏRTAC-a müsahibəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, bugünkü aksiyada 4 hektar ərazidə 2 minə yaxın zeytun və Eldar şamı ağacları əkilib. Bu ağaclar Abşeronun iqlim şəraitinə uyğun ağaclardır. Ərazi damcı suvarma şəbəkəsi ilə təmin edilib.
Vətəndaşlara bu aksiyalarda daha yaxından iştirak etmələrini tövsiyə edən nazir müavini qeyd edib ki, ağacəkmə aksiyalarının ekoloji təbliğat cəhətdən mühüm əhəmiyyəti var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]